Təyyarə qəza enişi edib

10 Fevral 2018 14:57 (UTC+04:00)

Rumıniyanın paytaxtı Buxarestdə “Ryanair” aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi qəza enişi edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İrlandiyanın paytaxtı Dublinə uçan layner havaya qalxarkən təyyarənin quyruq hissəsi uçuş-enmə zolağına toxunub.

Havaya qalxan təyyarə dərhal hava limanına qayıtmalı olub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Sərnişinlər başqa təyyarə ilə Dublinə yola salınıblar.