Saçları zədələməmək üçün düzgün yumaq məsləhətdir

11 Fevral 2018 04:20 (UTC+04:00)

Çalışın saçlarınızı hər gün yumayın. Gündəlik yuma saç və dəridəki təbii qoruyucu yağ qatını dağıdır. Saç düzümü üçün istifadə edilən müxtəlif vasitələr, məsələn, saç spreyi, mus, hel və s. saçlarınıza yapışır və təbii yağların paylaşdırılmasına mane olur. Bu cür vasitələrin istifadəsi qaçırılmazdırsa, saçlar mütləq hər gün yuyulmalıdır, lakin bu halda şampun seçiminizə diqqət yetirin: gündəlik istifadə üçün tövsiyə edilmiş şampunlardan istifadə edin.

Bu cür şampunların tərkibi saç və dərini onların sağlamlığı və gözəlliyinə mənfi təsir etmədən təmizləyir. Saçlarınızı yuyarkən dərinizi kondisionerlə deyil, şampunla barmaqlarınızın ucu ilə yavaşca masaj edin; dırnaqlarınızla qaşımayın çünki, dəriniz zədələnir. Həmçinin masaj saç dibləri üçün faydalıdır, baş dərisində qan dövranını stimullaşdırır, bu da öz növbəsində kəpəyin yaranmasının qarşısını alır. Təxmini 1 dəqiqəyə yaxın masajdan sonra saçlarınızı yaxalayın. Saçlarınız yağlıdırsa, prosesi yenə təkrarlayın. Saçlarınız qıvrım və ya dalğalıdırsa, tərkibində sulfat və silikon olmayan şampunlardan istifadə edin.

Saç üçün kondisioneri (balzamı) bütün saçlarınıza yaxın, yəni kökdən uclarına kimi. Belə bir fikir var ki, balzamı yalnız saçların ucuna vurmaq lazımdır, lakin köklərə də vurmaq olar, sadəcə dərinizə sürtüb barmaqlarınızla yedirtməmək şərti ilə. Balzam saçlarda pH səviyyəsini sabitləşdirir, saçları parlaq və yumşaq edir. Həmçinin balzam saçın kutikulasını (xarici layını) hamarlaşdırır. Balzamın təsirinin daha effektiv olması üçün onu saçlarda 5-7 dəqiqə saxladıqdan sonra təmiz yuyun. Saçlarınızı qaynar su ilə yumayın. Qaynar su saçların strukturunu dağıdır və piy vəzilərini aktivləşdirir. 40-50 dərəcə saçların təmiz yuyulması üçün optimaldır. Saçlarınızı təmiz yuduqdan sonra ilıq su ilə yaxalayaraq prosesi sonlandırın.

Məsləhət: Ayrıca bir qabda ilıq suya 1-2 xörək qaşığı sirkə əlavə edin və sonda saçlarınızı bu sus ilə yaxalayın. Saçlarınız ipək kimi yumşaq olacaq. Və ya əvvəlcədən çobanyastığını dəmləyib və soyudun və saçlarınızı yaxalayın: həm yumşaldır, həm də bərkidir (nəzərə alın ki, cüzi də olsa saçın rəngini açmağa malikdir). Həftədə 1-2 dəfə saç növünüzə uyğun maskalardan istifadə edin. Saçlarınızı yaş vəziyyətdə daramayın Saçlarınızı yuduqdan sonra növündən asılı olaraq qoruyucu yağ və ya spreylərdən istifadə etmək olar.

Nəzərə alın ki, yağlar yaş saçlara vurulduqda effektli olur, çünki saç kutikilası açıq olduğundan yağın tərkibindəki faydalı elementlər saçın daxili strukturuna hopur. Yaş saçlar qırılmağa daha çox meyllidirlər. Həmçinin saçınızı həddindən çox daramayın. El arasında deyirlər ki, saçı günə yüz dəfə darayanda saçlar daha hamar olur – amma bu yanlış fikirdir, əksinə sizin saçlarınız sınmağa daha da meylli olurlar. Saçınızı darayarkən çalışın təbii donuz tükündən olan saç fırçalarından istifadə edəsiniz. Bu fırçalar saçınızda olan təbii yağların kökdən uclara kimi yayılmasına yardım edir, nəticədə saçlarınız hamar və parlaq olur. Bir qədər quruduqdan sonra saçları yalnız enlidiş daraqlarla darayın.

Saçlarınıza yuyulmayan qoruyucu və yumşaldıcı vasitələrdən vurun. Çalışın saçlarınız təbii yolla qurusun, fendən istifadəni məhdudlaşdırın. Əgər tələsirsinizsə, fendən vurulan havanın istiliyini tənzimləyin ki, çox qaynar olmasın. Və mütləq qoruyucu yağ və ya spreylərdən istifadə edin.