"Azərbaycanda orqan köçürmə əməliyyatlarının sayı yetərincə deyil"

9 Fevral 2018 12:21 (UTC+04:00)

“Orqan toxuma tansplatasiyası bu gün təbabətin son dərəcədə inkişaf edən sahəsidir. İnsanlarda ilk uğurlu orqan transplantasiyasından nisbətən az müddət keçməsinə baxmayaraq, hazırda bu üsuldan çox geniş istifadə olunur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və (və ya) toxumaların transplantasiyası haqqında” Azərbaycan respublikasının qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə orqan transplantasiyası ilə bağlı problemlər təkcə tibblə bağlı deyil, eləcə də hüquqi və mənəvi tərəfləri var: “Bu məsələlər düzgün tətbiq olunmadıqda, transplantasiya sahəsinin inkişafı mümkün deyil. Bu baxımdan düşünürəm ki, bu sahə ilə bağlı qanunlar, hüquqi aktlar çox dəqiq haırlanmalıdır”.

Komitə sədrinn sözlərinə görə, bu gün Azərbaycanda orqan köçürmə əməliyyatların həyata keçirilməsi üçün kifayət qədər kadr potensialı var: “Ölkəmizdə böyrək, qaraciyər, gözün buynuz qişası, sümük iliyi və digər tansplantasiya əməliyyatları həyata keçirlir. Lakin hesab edirəm ki, onların sayı yetərincə deyil. Çünki, ölkəmizdə belə əməliyyatlara təlabat hazırda həyata keçirilən əməliyyatlardan qat-qat artıqdır. Biz bunu Milli Məclisə edilən müraciətlərdən, mətbuatda yazılanlardan görürük”.

Ə. Əmiraslanov qeyd edib ki, hazırda Azərbaycanda ürək köçürmə ilə bağlı tibbii nöqtəyi nəzərdən heç bir problem yoxdur: “Lakin burada əsas problem donor, orqan əldə etmək məsələsidir. Donorla bağlı problemin də bir neçə səbəbi var. Onlardan əsası reystr sisteminin yaradılmasıdır. Bu gün ölkədə transplantasiya əməliyyatı gözləyən insanların dəqiq sayı yoxdur. Bundan başqa, ölkəmizdə beyin ölümün təsdiq edən mərkəz yaradılmalıdır”.

“Bildiyiniz kimi, başqa ölkələrdə “Donorluq haqqında”ayrıca qanun var. Rusiyada bununla bağlı qanun hazırlanır, Türkiyədə belə bir qanun qəbul olunub. Bu baxımdan düşünürəm ki, biz də də ayrıca “Donorluq haqqında” qanunun lazımlığını müzakirə etməliyik” –deyə, komitə sədri əlavə edib.