Afrindən Türkiyəyə 4 raket atılıb

22 Yanvar 2018 05:05 (UTC+04:00)

Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb. “Milliyet”in verdiyi məlumata görə, mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb. Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.