Azad Suriya Ordusu: "Afrinə girməyəcəyik"

21 Yanvar 2018 23:14 (UTC+04:00)

"Afrinə girmək kimi bir planımız yoxdur." Axar.az xəbər verir ki, bu sözləri Azad Suriya Ordusunun rəsmisi “Röyter”ə açıqlamasında deyib. “25 min nəfərlik heyətlə bu əməliyyata qatılmışıq. Məqsədimiz Afrinə girmək deyil. Biz sadəcə şəhəri mühasirəyə alaraq, terrorçuları buranı tərk etməyə məcbur edəcəyik”.

Ordu rəsmisi həmçinin Əsəd rejiminin terrorçulara dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun iştirakı ilə Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatı başlayıb.