OPEC+ Vyana sövdələşməsindən çıxacaqmı?

21 Yanvar 2018 14:49 (UTC+04:00)

Neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsi bazar günü Omanda keçiriləcək iclasda Vyana sövdələşməsindən çıxmaq strategiyasını müzakirə etmək niyyətində deyil. SİA-nın xəbərinə görə bu barədə jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd ər-Rumhi məlumat verib. "Düşünmürəm", - deyə Ər-Rumhi müvafiq suala cavabında bildirib.