Liftdə köməksiz qaldı

21 Yanvar 2018 11:30 (UTC+04:00)

Bakıda liftdə köməksiz qalan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq azyaşlının liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.