Roma Papası: “Biz tarixi paradiqmaya son qoymalıyıq"

21 Yanvar 2018 02:04 (UTC+04:00)

Roma Papası Fransisk Peruya səfəri zamanı Amazon xalqlarının qarşılaşdığı problemlərdən narahatlığını dilə gətirib. Axar.az xəbər verir ki, Papa Amazon xalqlarının heç vaxt bu qədər böyük təhdidlə qarşılaşmadığını bildirib:

“Biz tarixi paradiqmaya son qoymalıyıq. Amazon xalqlarının maraqları nəzərə alınmalıdır. Bölgənin əsas problemi ətraf mühitin çirklənməsi, insan alverinin artmasıdır”.