Donald Trampla Tereza Mey Davos forumunda görüşəcəklər

21 Yanvar 2018 01:19 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla Britaniya Baş naziri Tereza Mey Davos forumu çərçivəsində görüşəcəklər. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders söyləyib. Onun sözlərinə görə, görüş 23-26 yanvar tarixləri arasında baş tuta bilər.

Qeyd edək ki, Tramp bir müddət öncə Britaniyaya səfərini ləğv etmişdi.