Serbi siyasətçi Putinə müraciət edib: "Bizi qoruyun"

21 Yanvar 2018 00:04 (UTC+04:00)

Serbiyanın rusiyayönlü Serb Liqası Partiyası Belqradı Prezidenti Vladimir Putinə müraciət etməyə çağırıb. Axar.az xəbər verir ki, çağırışı partiya sədri Aleksandr Djurdjev edib. O, Rusiyanın Kosovaya ordu yeritməli olduğunu bildirib:

“BMT Kosovadakı serb xalqını alban terrorçularından qorumaq gücündə deyil. Rusiya ilə təcili danışıqlar aparılmalı və Moskva serblərin dəhşətli qətllərinin qarşısını almaq üçün Kosovaya dəvət edilməlidir”.