Çindən etiraz: "ABŞ soyuq müharibə dövründə qalıb"

20 Yanvar 2018 23:14 (UTC+04:00)

ABŞ-ın yeni müdafiə strategiyasında Çinlə bağlı mövqeyi soyuq müharibə dövrünün düşüncəsinin məhsuludur. Axar.az xəbər verir ki, bu barədə bəyanatı Çinin ABŞ-dakı səfirliyi yayıb. Səfirlik ABŞ-ın bu mövqeyinin qlobal dünya və inkişafı əlçatmaz etdiyini bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə yeni müdafiə strategiyasını təqdim edib. Burada əsas prinsipin terrorizmlə mübarizə yox, Çin və Rusiya kimi böyük güclərlə rəqabətin olduğu vurğulanıb.