"Bavariya"nın baş məşqçisi zədəlilərin son durumunu açıqlayıb

20 Yanvar 2018 13:54 (UTC+04:00)

"Bavariya"nın baş məşqçisi Yupp Haynkes komandadakı zədəlilər barədə danışıb. SİA-nın məlumatına görə, mütəxəssis zədəli futbolçuların durumunun yaxşı olduğunu bildirib: "Levandovski ağrı hiss etmədiyini və yaxşı olduğunu deyib. Bu, kənardan da hiss olunur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Hummelsə gəldikdə isə, artıq temperaturu normaldır. Ancaq, əlbəttə ki, bazar günü oynaya bilməz. Gələn həftə komandaya qoşulsa, sevinərəm".