Yanğın məhdudlaşdırılıb YENİLƏNİB

20 Yanvar 2018 11:34 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. "Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.