Alman azarkeşlər 2017-ci ilin ən yaxşı futbolçusunu seçiblər

20 Yanvar 2018 16:52 (UTC+04:00)

Alman azarkeşlər 2017-ci ilin ən yaxşı futbolçusunu seçiblər. SİA-nın məlumatına görə, Almaniya Futbol İttifaqının saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix ötən ilin ən yaxşı oyunçusu seçilib. O, 45.3 faiz səs toplayaraq Yulian Draksler (PSJ, 37.8 faiz) və Mark-Andre Stegeni ("Barselona", 4.7 faiz) qabaqlayıb.