Türkiyədə dəhşətli qəza

20 Yanvar 2018 15:52 (UTC+04:00)

Türkiyədə avtobus qəzası baş verib.

Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerində polis işləyir.