1 gündə 126 cinayətdən 29-u "isti izlər”lə açılıb

20 Yanvar 2018 12:37 (UTC+04:00)

Yanvarın 19-dən 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb. Axtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.