50 dərəcə şaxta məktəblilərin təhsilini təxirə salıb

20 Yanvar 2018 15:20 (UTC+04:00)

Yakutiyanın şimal-şərqində qeydə alınan güclü şaxta həftə sonu davam edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şaxtalı havaya görə, regionda bir neçə məktəbin fəaliyyəti dayandırılaraq ev rejiminə keçilib. Lakin yük sürücüləri bölgədə 50 dərəcə şaxta olmasına baxmayaraq əhaliyə ilkin lazımi qida məhsullarını çatdırmaq üçün dayanmadan fəaliyyət göstərirlər. Yakutiyanın şimal şərqində çalışan müəllimlərin söylədiyinə görə, güclü şaxtanın olması bu il məktəblərdə təhsilin başlanmasına imkan verməyib.