Bakıda bina yanır

20 Yanvar 2018 09:10 (UTC+04:00)
Bakıda yaşayış binasında yanğın başlayıb. SİA-NIN məlumatına görə, hadisə Səbail rayonunda, "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısının alınması üçün tədbirlər görülür.