Van Persi "Feyenoord"a qayıdıb

20 Yanvar 2018 09:28 (UTC+04:00)

"Fənərbaxça"nın hollandiyalı futbolçusu Robin van Persi ölkəsinə dönüb. SİA-nın məlumatına görə, 34 yaşlı hücumçu keçmiş komandası olan "Feyenoord"a qayıdıb. Bu barədə Hollandiya klubunun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, Hollandiya millisinin üzvü "Feyenoord"un yetirməsidir və 2004-cü ildə "Arsenal"a 2,75 milyon funt-sterlinq qarşılığında transfer edilib.