Pentaqon rəhbəri: "İran və Şimali Koreya sabitliyə ciddi təhdiddir"

20 Yanvar 2018 03:02 (UTC+04:00)

"İran və Şimali Koreyadakı rejimlərin qeyri-qanuni hərəkətləri beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir." Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Cemys Mattis deyib.

“Bu rejimlər öz vətəndaşlarını məhv edir, onları alçaldır, insan haqlarını pozurlar”, - Mattis bildirib.