ABŞ-dan Türkiyəyə: "Afrin əməliyyatı fayda gətirməz"

20 Yanvar 2018 02:38 (UTC+04:00)

Afrin əməliyyatı regionun və Suriyanın sabitliyinə fayda gətirməz. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib. Açıqlamada bildirib ki, sözügedən əməliyyat Türkiyənin də mənafeyinə xidmət etmir:

“İŞİD-in məğlubiyyətə uğradılmasından sonra ağır silahlı qüvvələrə deyil, kiçik əsaslı gücə ehtiyac yarandı”. Qeyd edək ki, Türkiyə ordusu Afrində YPG mövqelərinə zərbələr endirib.