"CinemaPlus"da 20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq

20 Yanvar 2018 00:20 (UTC+04:00)

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 20 yanvar tarixində “Qanlı Yanvar” filmi pulsuz nümayiş ediləcək. Trend-in məlumatına görə, filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir. Bundan əlavə, həmin gün Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov haqqında “Xüsusi təyinatlı İbad” adlı filmin nümayişi olacaq.

Filmin qurluşçu rejissoru Natiq Novruzovdu. Baş rollarda Elçin Məmmədli və Manaf Dadaşov çəkilib.