Atletimiz beynəlxalq turnirdə mübarizə aparacaq

19 Yanvar 2018 20:36 (UTC+04:00)

Yanvarın 20-də Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçiriləcək. Belə ki, səkkizinci dəfə təşkil olunacaq yarışda ölkəmizi 60 metr məsafəyə sədlərlə qaçış yarışlarında Rahib Məmmədov təmsil edəcək.

Atletimiz turnirdə məşqçi Elvin Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Qeyd edək ki, turnirdə 15 ölkədən 200-dən artıq atlet qalib adı uğrunda yarışacaq.