20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi FOTOLAR

19 Yanvar 2018 17:38 (UTC+04:00)

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar kitab sərgisi və foto qalereya təşkil edilib. SİA-nın məlumatına görə, sərgidə Bakı şəhər 7 saylı orta məktəbin 3a və 8 saylı tam orta məktəbin 5b və 5a sinif şagirdləri və müəllimləri iştirak ediblər.

Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimələrdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 yanvar hadisələri ilə bağlı şagirdlərə geniş məlumat veriblər, uşaqların vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunması üçün belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu qeyd ediblər. Uşaqlar sərgidə olan nəşrlərlə və foto qalereya ilə yaxından tanış olublar.