Maliyyə naziri işdən azad edildi

19 Yanvar 2018 17:20 (UTC+04:00)

Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tacikistan hökumətinin bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.

E.Rəhmon bir sıra şəhərlərdə əməkhaqlarının gecikdiyini və büdcə vəsaitlərinin düzgün xərclənmədiyini vurğulayıb.

Prezidentin digər fərmanı ilə Fayziddin Kahhorzod yeni maliyyə naziri təyin olunub.