"Bavariya"dan yeni transfer

19 Yanvar 2018 17:26 (UTC+04:00)

"Bavariya" heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, Münhen təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Leon Qoretzkanı transfer edib.

Almaniya millisninin üzvü iyul ayından etibarən "Bavariya"da çıxış edəcək. Onunla 2022-ci ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2013-cü ildən "Şalke"də oynayır.