Hərbi qulluqçumuz şəhid olub

19 Yanvar 2018 16:31 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!