Əkizlərə elçi düşən bəyin yalanı üzə çıxdı

19 Yanvar 2018 15:10 (UTC+04:00)

Müğənni Sevil və Sevinc bacılarına “5/5” verilişində Həzrət adlı oğlan elçi düşüb. SİA-nın məlumatına görə, Sevillə evlənmək istədiyini deyən Həzrətin anası Həcər xanımın yalanları efirdə açıqlanıb və gərgin anlar yaşanıb.

Ana oğullarının subay olduğunu və iki əkizi onlara almaq istədiyini söyləyib.

Bacılar isə oğuldan birinin nişanlanıb ayrıldığını, digərinin isə evlənib boşandığını açıqlayıb. Həzrət bu xəbəri təsdiqləsə də, anası əvvəlcə etiraz edib.

“Oğlan xalası qızını alıb və bir övladı da var. Bunu əvvəlcədən demək lazım olub” deyə, aparıcı Zaur kamal söyləyib.

Həcər isə əsəbiləşərək tənqid etməyə başlayıb. Efir zaman tənqidlər səsləndirən ananın mikrofonu bağlanıb. O, gəlinin yüngül əxlaqlı biri olduğunu söyləyib:

“Gəlinim bacım qızı olub. Oğlum həbsxanada yatıb çıxıb, ondan sonra ayrılıblar. Nə olsun gəlinim qohumum olub. Elə adama nə edirsə, qohumu edir. Digər oğlum isə nişanlanıb, qız istəməyib. Anası onun razılığı olmadan qızı vermişdi. Qız sonra öz sevgilisi ilə qoşulub qaçıb. Burada nə var ki, nişanlı olub alınmayıb”.