Diqqət: Yuxunun keyfiyyətini artıran 4 məsləhət

20 Yanvar 2018 05:19 (UTC+04:00)

Yuxu insan həyatında çox vacib faktordur. Bəs nəyə görə onu daha da keyfiyyətli hala gətirməyəsən ki? Foxy bu yolda sənə 4 məsləhət verir. Yuxu fəaliyyətini azaltmayan diqqət etməli olduğun məsləhətlər:

- Qısa mürgüləmələr - 20 ilə 40 dəqiqə arasında olan bu proses orqanizmin enerji qazanmasına və yenilənməsinə səbəb olur. Mürgüləyən zaman bu müddəti keçməyin. Əks halda orqanizm dərin yuxuya gedəcək.

- Gündə 1 dəfədən artıq mürgüləməyin – bu gecə yuxusuna pis təsir edərək orqanizmin keyfiyyətini aşağı salır.

- Zəngli saatdan faydalan – Beləliklə daha sonrakı yuxunun pis təsirlənməsinin qarşısını almış olacaqsan.

- Yuxu gündəliyi tut – bir gündə neçə saat yatdığını və hansı müddətdə yatdığını qeyd et. Və bunun sayəsində yuxu problemini həll edərək davamli olaraq eyni vaxtda yatacaqsan. Nəticədə yuxu keyfiyyətini artırmış olacaqsan.