Yük maşını ilə qatar toqquşdu 5 ölü, 10 yaralı

19 Yanvar 2018 09:19 (UTC+04:00)

Meksikada qatarla yük maşının toqquşması nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, avtomobil qatarın qarşısından keçməyə cəhd etsə də buna zamanı çatmayıb. Ölənlər arasında bir, yaralılar arasında isə 6 nəfəri uşaqdır.

Qeyd edək ki, yaralılara lazımi yardım göstərilib.