Sergey Şoyqu Hülusi Akar ilə görüşüb

18 Yanvar 2018 22:44 (UTC+04:00)

Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Hakan Fidanı qəbul edib. Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Yaxın Şərqdəki vəziyyət, iki ölkənin maraqlandıran aktual mövzular müzakirə olunub. Rusiya MN-dən görüşün konstruktiv əhval-ruhiyyədə keçdiyi bildirilib.