YAP Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18 Yanvar 2018 18:01 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagidlərinin ifasında Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş şerlər səsləndirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixində həkk olunmuş ən qanlı faciələrdəndir: “Bu faciəyə ilk hüquqi qiyməti isə Ulu Öndər Heydər Əliyev verib. Bu gün möhtərəm Prezidentimiz həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır”.

Tədbir müzakirələrlə davam edib.