Hakimlər Komitəsinin üzvləri "Keşlə"yə seminar keçiblər

18 Yanvar 2018 16:29 (UTC+04:00)

Bu gün "İnter Arena" stadionunda Hakimlər Komitəsinin üzvləri İnqilab Məmmədov və Mübariz Həşimzadənin iştirakı ilə "Keşlə" klubunun futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub.

SİA-nın məlumatına görə, seminarda hakimlik məsələləri və oyun qaydaları barədə ətraflı məlumat verilib. Toplantıda "Keşlə"nin baş məşqçisi Yuri Maksimov da iştirak edib.