“Sağalmayan yara” adlı tədbir-sərgi keçirilib FOTOLAR

18 Yanvar 2018 16:20 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirilib.

SİA-nın məlumatına görə, sərgidə muzeyə yeni daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar şəhidi Baxışıyev Salmanın həyat yoldaşı Baxışıyeva Məryəm, 20 Yanvar faciəsinin şahidi və iştirakçısı Əsədov Hicran, 20 Yanvar şəhidi Tariyel Abdullayevin qadaşı qızı Tağıyeva Kişvər çıxış ediblər, sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti və Musiqi sənəti” fakültəsinin tələbərinin hazırladığı bədii hissə təqdim olunub.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.