Murat Bozun Azərbaycanda olduğu toydan görüntülər VİDEO

18 Yanvar 2018 16:11 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Murat Boz Bakıda toy məclislərinin birində olub. SİA-nın məlumatına görə, sənətçi səfərindən video hazırlayıb və “Youtube” kanalında paylaşıb.

Murat səfər zamanı təyyarəyə gecikdiyini və başqa bir uçuşla gəlməli olduğunu söyləyib.

Boz toydan sonra Adanaya konsertə yollandığını bildirib. Sənətçinin geri qayıdan zaman özəl təyyarə ilə uçması da videoda yer alıb.