24 mindən çox insanı it dişləyib

18 Yanvar 2018 13:36 (UTC+04:00)

“Azərbaycanda 2017-ci il ərzində 24 min nəfərdən çox insana qarşı it dişləmə halları baş verib. Bunların üçü ölümlə nəticələnib”. SİA-nın xəbərinə görə, bu sözləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov Bakıda quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi üzrə seminarda deyib.

O bildirib ki, Azərbaycanda görülən müvafiq tədbirlər və peyvəndləmə nəticəsində xəstəliyin qarşısı alınıb: “Beynəlxalq təşkilatların məlumatlarıa əsasən dünyada il ərzində 60 mindən yuxarı insan quduzluq xəstəliyindən ölür. Azərbaycanda 2017-ci il ərzində 24 min nəfərdən çox insan arasında it dişləmə halları baş verib. Bunların üçü ölümlə nəticələnib. 2017-ci ildə 248 min başa qədər ev itlərində peyvəndləmə işləri həyata keçirilib".

"2018-2022-ci illərdə Azərbaycan Respublikasında Quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respubliaskında quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə çoxillik fəaliyyət planı”nın hazırlandığını deyən A. Süleymanov quduzluq barədə insanları maarifləndirməyin əhəmiyyətinə diqqət çəkib.