Vüsalə: "Ən üstün xasiyyətim cəsarətli olmağımdır" AÇIQLAMA

18 Yanvar 2018 13:04 (UTC+04:00)

Aparıcı Vüsalə Kərimova özü haqda maraqlı açıqlama verib. SİA-ya danışan aparıcı bu sözləri deyib: "Əqrəb bürcüyəm. Bürcümə uyğun olaraq kəskin qərarlar verməyi xoşlayıram. Haqsızlıq görəndə onu araşdırıram və söhbəti yerindəcə həll edirəm. Kiminsə sirri olanda aşkar etməyi bacarıram. Ən üstün xasiyyətim cəsarətli olmağımdır. Üstəlikdə çox səbirliyəm. Heç nədən də çəkinmirəm. Ağır, sakit baxışlı, amma hər şeyi görən, səbrli, planlı, qısqanc, özünü və ətrafını əla tanıyan, fikirlərini söyləməkdən çəkinməyən insanam. Heç vaxtda tək qalmaqdan qorxamayan qadınam".