Qaz nəql edilməsində artım müşahidə edilib AÇIQLAMA

18 Yanvar 2018 12:21 (UTC+04:00)

“2018-ci il Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərindən qaz nəqli ilə bağlı proqnoz etmək çətindir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, ötən illərə nəzər saldıqda hər il qaz nəqlinin həcminin artdığını görürük. Belə ki, 2017-ci ildə 7 314,2 mln. kubmetr qaz ötürülüb. Magistral qaz kəmərləri ilə qaz nəqlinin 33,1%-i bu boru kəməri vasitəsilə həyata keçirilib.Ötən il Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqlinin həcmi 2016-cı ildən 2,4% çoxdur.

2017-ci ildə, ümumilikdə, magistral qaz kəmərləri ilə 22 126,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6% artım müşahidə olunub”.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.