Bu gün XİN rəhbərləri görüşəcək

18 Yanvar 2018 09:33 (UTC+04:00)

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində görüşəcəklər.

SİA-nın verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.