ABŞ-la Rusiya və Çin müharibəsi riski artır XƏBƏRDARLIQ

18 Yanvar 2018 09:25 (UTC+04:00)

"Aşağı güc" (малой мощности) adlı yeni nüvə silahlarının inkişaf etdirilməsi ABŞ-la Rusiya və Çin müharibəsi riskini artıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ekspertlər açıqlayıblar.

Qeyd olunur ki, Pentaqon Rusiya və Çinlə ayaqlaşmaq üçün iki yeni nüvə silahını inkişaf edir.

ABŞ, Moskva və Peki Vaşinqtondan fərqli olaraq, nüvə potensialını artırmaqda günahlandırır. Eyni zamanda ABŞ Müdafiə Nazirliyi də "aşağı güc"lü dəniz əsaslı nüvə raketini inkişaf etdirməyi planlaşdırdığını açıqlayıb.

Bu cür inkişaflar nüvə potensialının artması ilə izah olunur. Belə ki, Pentaqon da nüvə silahlarını "çox böyük və güclü" hesab edir.