“Azərbaycan Ticarət Evi” alkoqollu içkilər idxal etmək hüququ alıb

18 Yanvar 2018 06:02 (UTC+04:00)

Minskdəki “Azərbaycan Ticarət Evi” 2018-ci ildə Belarusa alkoqollu içkiləri idxal etmək hüququ alıb. Naviny.by saytı xəbər verir ki, “Azərbaycan Ticarət Evi” bu hüquqa malik olan 29 dövlət və özəl müəssisənin yeni siyahısında yer alır.

“Alkoqollu içkilər, texniki ehtiyaclar üçün spirt məhsulları və texniki etil spirti istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi” haqqında Qanun dövlətin alkoqollu içkilərin idxalının həyata keçirilməsi üzrə müstəsna hüququnu təsbit edir. 2008-ci ildən dövlət müsabiqə əsasında bu hüququ xüsusi idxalçı statusu alan hüquqi şəxslərə verir.

Ölkə qanunvericiliyinə dövlətin alkoqollu içkilərin idxalına dair müstəsna hüququnu ləğv edən düzəlişlər hazırlanıb, amma hələ qəbul edilməyib. Xatırladaq ki, Minskdəki “Azərbaycan Ticarət Evi” 2017-ci ilin mayından fəaliyyət göstərir.