Ötən il 2751 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

18 Yanvar 2018 00:03 (UTC+04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb. Trend-in məlumatına görə, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində isə 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Həmin müddət ərzində isə 1202 nəfər isə Azərbaycandan gedib.