“Tariximizin qanlı və şanlı səhifəsi”

17 Yanvar 2018 18:06 (UTC+04:00)

Şəki Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi təşkil olunub. SİA-nın məlumatına görə, sərgidə hər il olduğu kimi Şəkili rəssam M.Həsənovun qalereyaya hədiyyə etdiyi “Ana fəryadı” əsəri və Ə.Zəkiyevin keramika şamotdan hazırlanmış “20 Yanvar” kompozisiyası nümayiş olunub.

Əsərdə ana Azərbaycan bayrağına bürünüb öz oğul və qızını düşmənin qərəzli hücumundan qorumağa çalışır. Rəmzi xarakter daşıyan bu əsər böyük məna kəsb edir. Bu faciəni canlı deyil, televiziya verilişlərindən şahidi olan bugünün orta məktəb şagirdləri faciəni bütün təfərrüatları ilə öz rəsmlərində əks etdiriblər. Sovet adlı “hərbi maşın”-ın tanklarını, əsgərlərini, dinc əhaliyə qarşı amansız hücumların, vəhşiliklərini, şəhərin bir gecədə al-qana bürünməsini şagirdlər rəsmlərdə ustalıqla təsvir ediblər. Sərgiyə baxış keçirilib və maraqla qarşılanıb.

Sərgi qalereyanın II-ci zalında 30 yanvaradək nümayiş etdiriləcək.