Həmçinin xoş iy və xarici görünüş vermək və saxlanma müddətini artırmaq üçün marqarinə xüsusi kimyəvi maddələr əlavə olunur ki, bu maddələr də insanın sağlamlığına ziyan vurur. Nəzərinizə çatdıraq ki, marqarin "fast-food" qidaların, dükanlarda satılan müxtəlif peçenyelərin, vaflilərin, tortların, pirojnaların, dondurmanın, ucuz şokoladın və s. məhsulların hazırlanmasında istifadə olunur. Bu məhsulları tez-tez və çoxlu miqdarda yemək olmaz. Marqarin uşaqlara böyüklərlə müqayisədə daha ziyanlıdır. Bu səbəbdən uşaqlar üçün qidalar, şirniyyatlar və s. hazırladıqda marqarindən istifadə etmək olmaz.