Komitə sədrinin qəbul tarixi dəyişdi

17 Yanvar 2018 15:01 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Şamaxı şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 29 yanvar 2018-ci il tarixinə keçirilib. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı rayonu ilə yanaşı Ağsu, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:

(02026) 5-01-07, (02024) 5-01-02