Səfirliyin Qüdsə köçürələcəyi tarix bəlli oldu

17 Yanvar 2018 12:33 (UTC+04:00)

“ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb.