ABŞ-ın dövlət katibi çağırış etdi

17 Yanvar 2018 12:11 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson Şimali Koreya məsələsinə dair Vankuverdə keçirilən qlobal sammitdə tərəfdaşları bu dövlətə maksimum təzyiq göstərməyə və onun rəhbərliyinin beynəlxalq sanksiyalardan yayınmaq cəhdlərinə qarşı mübarizə aparmağa çağırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kanada, Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə yanaşı əyləşən Tillerson sammitdə toplaşan diplomatlara deyib.

ABŞ-ın dövlət katibi ölkələri, o cümlədən Rusiya və Çini BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları genişləndirmək barədə keçən il qəbul edilmiş üç qətnaməsinə əməl olunmasını tam təmin etməyə çağırıb.