AZAL kotirovka sorğusu elan edib

17 Yanvar 2018 11:08 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus təyyarələrdə maliyyə savadlılığına dair animasiyaların yerləşdirilməsi üçün sistemlərə uyğun texniki parametrlərə salınması işlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 20 manatdır.

Kotirovka təklifləri yanvarın 23-nə qədər qəbul edilir. Əlaqələndirici şəxs Elvin Şirdanovdur (tel.: (012) 493 11 22, daxili 428).

Təkliflərə yanvarın 24-də, saat 10:00-da AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasında baxılacaq.