"Sabah" "Binə"ni məğlib edib

17 Yanvar 2018 09:42 (UTC+04:00)

Qış fasiləsində hazırlıqlarını davam etdirən "Sabah" və "Binə" futbol klubları toplanış çərçivəsində yoxlama oyununda üz-üzə gəliblər. SİA-nın məlumatına görə, I Divizion təmsilçilərinin Binə qəsəbə stadionunda keçirilən qarşılaşmasında "Sabah" qalib gəlib - 2:1.

"Sabah"ın heyətində baxışda olan futbolçular - Yakov Qorodov və Şahin Baleljaee fərqləniblər.