Trampdan ailəsinə qarşı hörmətsizlik

17 Yanvar 2018 00:46 (UTC+04:00)

Tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn ABŞ Prezidenti Donald Tramp bu dəfə ailəsinə qarşı göstərdiyi münasibət medianın diqqətini cəlb edib. Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri həftə sonu istirahətini həyat yoldaşı Melaniya və oğlu Barron ilə birlikdə Florida ştatının Maro Loqo ərazisində keçirməyi qərarlaşdırıb.

Təyyarəyə minmək üçün ailə hava limanına gəlib. Yağışlı və küləkli havada Tramp çətir götürsə də, Melaniya və Barron çətirsiz olub. Melaniya həyat yoldaşı ilə birgə çətirin altında təyyarəyə doğru hərəkət etmək istəsə də, bu, baş tutmayıb. Prezident sanki çətiri ailəsi ilə paylaşmaq istəməyib.